Buz bağlayan yollardakı vəziyyət - RƏSMİ

13:57 02.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu, həmçinin respublika üzrə bütün yollar nəzarətdə saxlanılır".

Bunu Hafta.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, qarlı və şaxtalı hava şəraiti ilə bağlı hər hansı problem yoxdur:

"Problem yaranan ərazilərə operativ müdaxilə olunur və hərəkətin təhlükəsizliyi-fasiləsizliyi təmin olunur. Qış fəslinə uyğun avtomobili təchiz etməyən sürücülərin dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə etməməyi tövsiyə olunur".